BolgeXeber.Com » Sosial » Özünü və sevdiyi qızı güllələdi

Özünü və sevdiyi qızı güllələdi

2-12-2011, 20:05
Oxunub: 6 542 Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub.

Bakının Nizami rayon prokurorluğundan cümə günü Bolgexeber.com-a verilən məlumata görə, saat 15:00 radələrində 238 saylı məktəbin arxasında Ramin Əsgərov odlu silahla əvvəlcə sevdiyi qızı - Aytən Şahbazovanı, sonra isə özünü vurub.

Məlumata görə, Şahbazova hadisə yerində keçinib, Əsgərov isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırmaya başlanılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib ki, Əsgərov həmin xəstəxanaya yerləşdirilib, hazırda əməliyyatdadır.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağırdır.