Rauf Yəhyayev hamının canını boğaza yığıb
30-09-2010, 02:10
Oxunub: 8 912
Gəncə Müalicə Diaqnostika Mərkəzinin rəhbəri işçilərindən birini zorlamaq istəyib
Əyalətlərdə yaşanan özbaşınalıqların həddi-hüdudu yoxdur. Bu sıraya hər gün yeni haqsızlıqlar əlavə olunmasına rəğmən baş verənlərlə bağlı tədbir görülmür. Hətta edilən şikayətlərə belə məhəl qoyan yoxdur. Səbəbi isə hamı üçün qaranlıq qalan belə proseslərdən biri də Gəncə Müalicə Diaqnostika Mərkəzində cərəyan etməkdədir.
“Bolgexeber.com” "Gündəlik Bakı" qəzetinə istinadən xəbər verir ki, daxil olan məlumatlarda bildirilir ki, ARDNŞ-in tabeçiliyində olan Gəncə Müalicə Diaqnostika Mərkəzinin rəhbəri Rauf Yəhyayev sözün həqiqi mənasında özbaşınalığın ən son həddinə qədər işlərini çatdırıb. Mərkəzdə baş verən özbaşınalıqlardan biri texniki işçi və tibb bacılarının işə qəbulu və işdən çıxarılması ilə bağlıdır. Edilən şikayətlərdə vurğulanır ki, R.Yəhyayev hər iki kateqoriya üzrə işçiləri işə qəbul etdirmək üçün 2-3 min manat rüşvət alır. Lakin aldığı bu pul onların istədiyi müddətə işləmələri üçün təminat deyil. Çünki Yəhyayev işə götürdüyü bu şəxsləri iki ay işlədib, sonra da onlara «xoş getdiz» deyir.
Məlumatlara görə, mərkəz rəhbəri bütün bu işləri birbaşa öz əliylə etmir. Belə ki, o, bütün bu prosesləri özünün ən etibarlı adamı olan və hazırda Mərkəzin kadrlar idarəsinə başçılıq edən şəxsin əliylə reallaşdırır.
Qeyd edək ki, Rauf Yəhyayev 200 nəfərə yaxın heyəti olan Gəncə Müalicə Diaqnostika Mərkəzinin tərkibini tamamilə dəyişib. Rəhbər təyin olunduğu 1 il ərzində işçilərin 70 faizini işdən çıxaran mərkəz rəhbəri hətta bəzən elə addımlar atır ki, bunu heç cür mənəvi-əxlaqi dəyərlərə aid etmək olmur. Saytımıza verilən məlumatda deyilir ki, R.Yəhyayev Mərkəzdə lift xidmətçisi vəzifəsində çalışan qadınlardan birini cinsi əlaqəyə sövq etməyə çalışıb, lakin müqavimətlə üzləşdiyindən acığa düşüb onu işdən çıxarıb.
Maraqlı məqam budur ki, Gəncə Müalicə Diaqnostika Mərkəzinin rəhbəri ilə bağlı indiyə qədər 50-yə yaxın şikayət göndərilib. ARDNŞ rəhbərliyinə ünvanlanmış şikayətlərdə Rauf Yəhyayevin özbaşınalıqlarının qarşısını almaq tələb olunur. Lakin bütün bunlara baxmayaraq, hansısa «gözəgörünməz əl» onu qoruyur. Hərçənd həmin «əl» artıq üzə çıxıb. Belə ki, aparılan araşdırmalar zamanı aydınlaşıb ki, mərkəz rəhbərini himayə edən şəxs ARDNŞ-də vəzifə sahibi olan Bədir adlı biridir.
Ancaq Rauf Yəhyayev heç bir vaxt onun adını çəkmir. Əvəzində isə hər yerdə iddia edir ki, o, Rövnəq Abdullayevin adamıdır və buna görə də, kimsə ona heç nə edə bilməz. Bir çoxlarında bu sözlərə əminlik yaranıb. Amma bir çoxları düşünür ki, mərkəz rəhbəri açıq şəkildə blef edərək, öz özbaşınalıqlarını gizlətmək üçün belə edir.(Gündəlik Bakı)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər