Avropa məhkəməsi Rafiq Əliyev barədə qərar verib
7-12-2011, 14:45
Oxunub: 6 447
İnsan Haqları üzrə Avropa Məhkəməsi “Azpetrol” şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin şikayəti əsasında çıxardığı qərarı açıqlayıb.
İnsan Haqları üzrə Avropa Konvensiyanın bir neçə maddəsinin pozulduğunu qənaətinə gələn məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti Rafiq Əliyevə mənəvi ziyanın kompensasiyası qismində 7 min, xərclərə görə isə 25 min avro ödəməlidir.
İnsan Haqları üzrə Avropa Məhkəməsi R. Əliyevin Bakıdakı məhkəmə prosesindən öncə saxlanılma müddətinin pozuntularla müşayiət olunduğu, daha sonra isə onun apellyasiya vəsatətlərinə düzgün baxılmadığı rəyinə gəlib. Qərarda deyilir ki, bu, yekun hökm deyil və tərəflər üç ay ərzində şikayətlərini Məhkəmənin Böyük Palatasına təqdim edə bilərlər.
Xatırladaq ki, Əliyev 2005-ci ilin oktyabr ayında Bakı hava limanında 30 min ABŞ dolları keçirərkən saxlanılıb. Rafiq Əliyev vergidən yayınma, mənimsəmə, yanacaq qaçaqmalçılığı və digər əməllərdə təqsirli bilinərək 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.
Şikayət ərizəsində Rafiq Əliyev iddia edib ki, onun saxlanılması, həbsi və mühakimə edilməsi dövlət çevrilişi cəhdində ittiham edilmiş qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tutulması ilə əlaqədardır.
Rafiq Əliyev iddia edib ki, saxlanılması və həbsi qanuna zidd olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər