FHN xanım deputata medal verdi - Foto
10-12-2011, 09:40
Oxunub: 6 343
Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Mülkü Müdafiə Təşkilatının medalına və mülki müdafiə sahəsindəki xidmətlərinə görə Beynəlxalq Mülki Müdafiə Təşkilatının sertifikatına layiq görülüb.
Millət vəkilinin mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir zamanı nazirliyin bir qrup qadın əməkdaşı ilə bərabər, millət vəkili Qənirə Paşayevaya da mükafat Beynəlxalq Mülkü Müdafiə Təşkilatının Baş katibinin müavini Vladimir Quvşinov tərəfindən təqdim olunub. Bu medalı həyatındakı dəyərli mükafatlardan hesab edən millət vəkili Qənirə Paşayeva təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib. Fövqəladə Hallar Nazirliyinin cəmi bir neçə il əvvəl yaranmasına baxmayaraq, bu gün Azərbaycanın hüdudlarından kənarda da uğurlu fəaliyyət göstərdiyini deyən Qənirə Paşayeva bir neçə gün əvvəl qardaş Türkiyənin bir sıra bölgələrində səfərdə olduğunu və görüşdüyü bütün insanların Azərbaycanın yardımı üçün Prezident İlham Əliyevə və yüksək səviyyədə çalışan xilasedicilər qrupuna görə nazirliyə təşəkkür etdiklərini söyləyib. O, Fövqəladə Hallar Nazirliyi və onun Mülki Müdafiə qurumunda çalışan qadınların sayının artmasını müsbət hal kimi dəyərləndirib və getdikcə qadınların sayının bu qurumda daha da artacağına inandığını deyib. Millət vəkili Qənirə Paşayeva bu çətin və şərəfli peşədə kişilərlə çiyin-çiyinə yüksək peşəkarlıqla çalışan qadınların sayının artmasını müsbət dəyərləndirib və bildirib ki, qadınlarımızın ölkənin bütün sahələrində rollarının daha da artması Azərbaycanın inkişafına öz müsbət töhfəsini verir. O, Azərbaycan qadınlarının ölkənin bütün sahələrində rollarının daha da artması istiqamətində Prezident İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən də danışıb və vurğulayıb ki, Azərbaycan qadının böyük potensialı var və qadınların bütün sahələrdə təmsilçiliyinin artması ölkəmizin və millətimizin gələcəyi üçün də vacib amildir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər