BolgeXeber.Com » Sosial » Yeni qayda: Ata-ananı övladın yanında basdırılmağa qoymayacaqlar?

Yeni qayda: Ata-ananı övladın yanında basdırılmağa qoymayacaqlar?

13-02-2015, 11:10
Oxunub: 3 218 Yeni qayda: Ata-ananı övladın yanında basdırılmağa qoymayacaqlar?Azərbaycanda ölüləri yeni qaydalarla basdıracaqlar.

Ans tv xəbər verir ki, yeni özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı bağlı Nazirlər Kabineti müvafiq qərar verəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə artıq yeni sənəd hazırdır. Qəbristanlıqlar bələdiyyələrin tərkibində yaradılacaq qrumlar tərəfindən idarə olunacaq.
Yeni qaydalara görə, təzə qəbristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Nahid Məmmədov hər bir məzarın ümumi sahəsinin 5 kvardrat metr olacağını deyib. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 sm, eni 40 sm kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 sm kimi nəzərdə tutulub.
Qəbirlər eyni ölçülü olsa da, onların hansı daşlardan düzəldiləcəyi sualı hələ ki, açıq qalıb. Sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapıb. Amma bu qaydaların tətbiqi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Kimi bunu insanlar arasında ayrıseçkiliyin aradan qaldırılması məqsədi ilə edildiyini deyir, kimi də adamların şəxsi işlərinə müdaxilə kimi qiymətləndirir. Dini baxımdan da dəbdəbəli dəfnlərin məqbul olmadığını deyən ilahiyyatçılar isə yeni qaydaların ən əsası israfçılığın qarşısını alacağını düşünür.
İlahiyyatçı Hacı Şahin burada əsəs problemin kimin qəbir daşlarını bahalı, kimin isə ucuz daşdan hazırlatdığı olduğunu deyir. O inanır ki, bütün qəbirlər eyni qaydada hazırlanarsa onda bütün fərqlilik də aradan qalxacaq.
Qanunun geriyə işləmə qüvvəsi olmadığından qəbul ediləcək yeni qaydalar indiyədək tikilən qəbrlərə aid edilməyəcək. Qaydaların tətbiqinə isə bu ilin ikinci yarsından başlanması nəzərdə tutulur.
Bolgexeber.com