Tərtərdə keçirilən tibbi müayinələri əhali razılıqla qarşılayır-FOTO
20-02-2015, 08:01
Oxunub: 4 423
Ümumilikdə, tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 78853 nəfərin keçməsi nəzərdə tutulubdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da uğurla icra olunur.
Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Bu günədək rayonda 61 təşkilat, 11 yaşayış məntəqəsində, ümumilikdə 21876 nəfər tibbi müayinədən keçmiş, onlardan 1051 nəfər ambulator, 16 nəfər isə stasionar müalicəyə cəlb olunmuş və 6 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Fevral ayından başlanan tibbi müayinə may ayının 1-dək davam edəcəkdir. Ümumilikdə, tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 78853 nəfərin keçməsi nəzərdə tutulubdur.
Rayon sakinləri onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu xeyirxah aksiyanı yüksək qiymətləndirir və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər