“Azəriqaz”ın əsas şöbəsi ləğv edildi, 100 nəfər işsiz qaldı
11-03-2015, 15:28
Oxunub: 5 047
Bu gün Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində əsas şöbələrdən biri ləğv edilib
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçinin sözlərinə görə, artıq paytaxtın 11 rayonunda qaz istismar sahələrinin “Sayğacların qəbulu və istismarı” şöbələrinin ləğvinə başlanılıb. Martın 10-da isə 100 işçiyə ixtisar bildirişi verilib.
M.Qəhrəmanlı qeyd etdi ki, şöbələrin ləğvi “Azəriqaz”ın tərkibində yeni reqional qurumun yaradılması ilə əlaqədardır. Yeni quruma Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində bilik və bacarıqları yoxlanılaraq, ən yüksək bal toplayan işçilər qəbul olunacaq.
Məsələ ilə bağlı "Azəriqaz"a müraciət etdik. Qurumun mətbuat xidmətindən bildiridilər ki, onlarda bu şəbənin ləğv olunması barədə heç bir məlumat yoxdur: "Araşdırıb əlavə məlumat verəcəyik".
M.Qəhrəmanlı isə bildirdi ki, şöbə "Azəriqaz" İB prezidentinin 06.03.2015-ci il tarixli, 15-2900/0206-00154 saylı əmrinə əsasən ləğv olunub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər