Bakıda yol polisini əvəzləyən ağıllı işıqforlar quraşdırılıb
4-01-2012, 11:35
Oxunub: 5 237
Paytaxtda Nəqliyyatın İntellektual İdarəetmə sistemi çərçivəsində şəhərin 150 yol kəsişməsində kontroller quraşdırılıb.
Nəqliyyatın intensiv olduğu 37 yol kəsişməsində isə əlavə olaraq “loop detektor”, yəni aşkaredici halqalar quraşdırılıb. Bu halqalar vasitəsilə avtomobillərin sıxlığına müvafiq olaraq işıqforun rejimi avtomatik dəyişir. Yəni həmin yol qovşaqlarında yol polisinin yerinə yetirdiyi tənzimləyici funksiyasını işıqfor həyata keçirəcək. Hansı istiqamətdən nəqliyyat axınının yüksək sıxlığı və intensivliyi müşahidə olunsa, işıqfor avtomatik olaraq yaşıl işıq göstərəcək. Bu zaman ənənəvi olaraq işıqfor vaxtın stabil intervallara bölünməsi prinsipi ilə deyil, ağıllı “hərəkət edəcək”.
Qeyd edək ki, İşıqforların İdarə olunması Sistemi nəqliyyat axınlarının optimal hərəkətinin təmin edilməsi məqsədilə, nəqliyyat axınlarının sıxlığından asılı olaraq avtomatik rejimdə nəqliyyat siqnallarının idarə edilməsini təmin edir. Şəhərin küçə və prospektlərində quraşdırılmış nəqliyyat informasiyanın toplanmasını həyata keçirən yüksək dəqiqliyə malik video və halqavari aşkarlayıcılar vasitəsi nəqliyyatın cari vəziyyəti üzrə toplanmış məlumatlar mərkəzə ötürülür. Bu məlumatlar mərkəzdə operativ olaraq təhlil edildikdən sonra, sistem tərəfindən idarəetmə üzrə göstərişlər formalaşdırılır və svetoforların mövcud vəziyyətə uyğun idarə olunması məqsədilə svetofor kontrollerlərinə ötürülür. Bütün proseslər insan müdaxiləsi olmadan, avtomatik rejimdə sistem tərəfindən yerinə yetirilir.
Fövqəladə və digər hallarda zəruri yolların operativ boşaldılması məqsədilə İntellektual İdarəetmə Mərkəzindən nəqliyyat-siqnal sisteminə müdaxilə edilməsi mümkündür.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər