Hər yeni doğulan uşağımıza 1000 manat verilsin
16-01-2012, 12:25
Oxunub: 6 288
Millət vəkili Fazil Mustafa yeni doğulan uşaqlar üçün 75 manat birdəfəlik müavinətin verilməsinin sadəcə ölkəmizdə insana olan münasibətin nə qədər acınacaqlı olmasının ən bariz sübutu adlandırıb.
Bolgexeber.com xəbər verir ki, millət vəkili deyib ki, inflyasiyanın hər ay artdığı, qiymət artımının bazarda tüğyan etdiyi bir vəziyyətdə bu gülünc rəqəmin heç bir əsaslandırması ola bilməz. Fazil Mustafanın fikrincə hökumət müavinət rəqəmi minimum 1000 manat məbləğində müəyyənləşməli və bu sahədə heç olmazsa Rusiya modelinə yaxın bir siyasət izlənməlidir: “Rusiyada hər bir hamilə anaya “Analıq krediti” deyilən bir hesab açılır və 25 min rubl vəsait hökumət tərəfindən qoyulur. Qonşu ölkədə uşaq dövlət qayğısını ana bətnində hissi etməyə başlayır, bizdə isə ancaq dünyaya gələndən sonra. Əgər təcili olaraq ana və uşaqların normal müayinə və müalicəsini, eləcə də yetərli qidalanmasını təmin edəcək sosial siyasət müəyyənləşməsə, sağlam nəsil yetişdirmək barədə boğazdan yuxarı çağırışların heç bir mənası olmayacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər