“161” nömrəli “Qaynar xətt” ə 226 müraciət daxil olub
2-02-2012, 15:40
Oxunub: 7 053
Yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 226 müraciət daxil olub
Korrupsiya halları bağlı müraciət və şikayətlərin qəbul edilməsi məqsədi ilə 2011-ci ilin mart ayından Azərbaycan Baş Prokurorluğunda xüsusi “161” Qaynar xətt əlaqə mərkəzi yaradılıb.
Bolgexeber.com-un məlumatına görə, “Qaynar xətt” vasitəsi ilə vətəndaşlara istirahət və bayram günləri də daxil olmaqla, sutkanın 24 saatı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz, ödəniş olaraq korrupsiya halları barədə şikayət etmək imkanı yaradılıb.
2012-ci ilin yanvar ayının 1-dən 31-dək olan müddət ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 226 müraciət daxil olub.
Şikayətlər əsasən süründürməçilik, vətəndaşlardan qanunsuz olaraq pul tələb olunması, dövlət orqanları tərəfindən ərizə və müraciətlərə baxılmasının gecikdirilməsi və digər qanunsuz hallarla bağlı olub.
Korrupsiya ilə əlaqədar daxil olmuş müraciətlərdən 61-i Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rayon Əhalinin Sosial Müdafiə Mərkəzlərindən və zona Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyəti ilə, 40-ı daxili işlər orqanları, 19-u səhiyyə, 18-i yerli icra hakimiyyəti orqanları, 12-si bələdiyyələrin fəaliyyəti ilə, 10-nu təhsil və digər sahələr üzrə olub.
Hal-hazırda həmin müraciətlərdən 28-i üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılır.
Müraciətlərdən 165-i “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə araşdırılması üçün müvafiq Nazirlik, Komitə və yerli icra hakimiyyəti orqanlarına, 33-ü nəzarətə götürülməklə, tədbirlər görülməsi üçün aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilib.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən gələcəkdə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə qanunla nəzərdə tutulmuş zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər