Qubaya qoşun salındı
1-03-2012, 10:50
Oxunub: 6 003
Quba rayonunun icra başçısı Rauf Həbibovun məlum çıxışından sonra rayonda vəziyyət gərginləşməyə başlayıb. Bolgexeber.com xəbər verir ki, icra başçısının təhqir dolu çıxışından sonra buna etiraz etməyə hazırlaşan qubalılar martın 1-də mitinq keçirməyi qərarlaşdırıblar.
Lakin Rauf Həbibov vəziyyətin nəzarətdən çıxacağını və hadisələrin daha dramatik şəkil alacağını görərək, Bakıdan yardım istəyib. Dünən isə Bakıdan gedən xüsusi təyinatlı polis qüvvələri Qubada həbslərə başlayıblar. Rayondan Polis əməkdaşları aksiyanı təşkil etmək istəyən şəxslərin kimliyini müəyyənləşdirərək, onları bir-bir tutur.
Məlumatlarda deyilir ki, gecə saatlarına qədər davam edən həbslər zamanı siyasi mövqe də nəzərə alınmayıb. Belə ki, həbs olunanlar arasında Quba bələdiyyəsinin sədri, YAP üzvü Tahir adlı şəxs də var. Onu polislər döyə-döyə bölməyə aparıblar. Onu icra başçısı əleyhinə aksiya təşkil etməkdə günahlandırırlar.
məlumatlara görə, həbs olunanların yaxınları Quba Polis Şöbəsinin qarşısına yığışaraq, etirazlarını bildirirlər. Bundan başqa, 1 mart aksiyasına da hazırlıq davam edir. Bildirilir ki, rayon sakinləri bu gün səhərdən etibarən İcra Hakimiyyətinə gələrək, Rauf Həbibovun onlardan üzr istəməsini tələb edəcəklər.
Həbslərlə problemin həll olunmayacağını düşünən Quba rəhbərliyi Daxili Qoşunların da imkanlarından yararlanmaq qərarına gəlib. Artıq bölgədəki Daxili Qoşunların hərbçiləri rayona gətirilb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər