BolgeXeber.Com » Sosial » Qubanın keçmiş icra başçısı ölkəni tərk edib

Qubanın keçmiş icra başçısı ölkəni tərk edib

7-03-2012, 15:25
Oxunub: 6 048 O, İngiltərədə təhsil alan övladlarının yanına yollanıb

Martın 1-də Qubadakı xalq etirazlarından sonra istefaya göndərilən bu rayonun keçmiş icra başçısı Rauf Həbibov ölkəni tərk edib. Bu barədə gunxeber.com-a R.Həbibova yaxın çevrələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, Qubadakı xalq etirazları dalğasında evinin yandırılmasından və istefaya göndərilməsindən depresiyaya düşən R.Həbibov iki gün öncə Azərbaycanı tərk edib.

Sabiq icra başçısı İngiltərəyə, övladlarının yanına yollanıb. R.Həbibovun qızı və oğlu bu ölkədə təhsil alır. Mənbə bildirib ki, R.Həbibov heç də ölkədən qaçmayıb. Sadəcə depressiyadan çıxmaq üçün bir müddət Britaniyada qalmağı planlaşdırılır. İndiyə olan məlumata görə, onun bir müddət sonra ölkəyə dönəcəyi gözlənilir.