Paytaxtda daha bir çökmə
19-03-2012, 11:55
Oxunub: 5 651
Bakıda uçqun baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin verdiyi məlumata görə, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin D massivində, 16-cı binanın yaxınlığında, uzunluğu 20, hündürlüyü 6 metrdən ibarət olan istinad divarı uçub. Onun sözlərinə görə, divarın uçmasına torpaq çökməsi səbəb olub. Ş. Niftiyev deyib ki, istinad divarı yamacda olan yaşayış binasının 2-3 metr yaxınlığında tikilib: “Çökmənin səbəbi binanın kanalizasiya sularının yer səthinə axmasıdır. Uçqunun qarşısı alınmasa binanın mühafizəsiz qalacaq”.
Şamaxı rayonunun Şərədil kəndi yaxınlığındakı sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, ərazi qar örtüyündən tam təmizlənəndən sonra orada problemlər yarana bilər: “Həmin kənd Ağsu aşırımının girəcəyində yerləşir. Ərazidə 4 böyük sürüşmə sahəsində yağışlar və qar əriməsi nəticəsində müəyyən qədər səthi yuyulma prosesləri müşahidə olunub. Sürüşmə ehtimalı var və bu baş versə, yolun bağlanmasına səbəb ola bilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər