İcra başçısı rüşvət istəyib
24-03-2012, 13:10
Oxunub: 6 628
İbrahim Mehdiyevə qarşı korrupsiya ittihamı
Yasamalın icra başçısı İbrahim Mehdiyevin başı dərddədir. Buna səbəb onun Yasamal rayonu, Həsənbəy Zərdabi 31/61-ci məhəllədə yerləşən “SUNNY-H” MMC-nin təsisçisi Zakir Babayevin ondan şikayətçi olmasıdır.
“Bizim Yol” qəzetinin yazdığına görə, sahibkar Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümova müraciət edərək bildirib ki, ona məxsus torpaq sahəsi Yasamal rayonundakı “20 Yanvar meydanı”nda yerləşir. O, 2009-cu ilin sentyabrında şirkətinə məxsus 3 sot torpaq sahəsini əvəzsiz olaraq İlham Əliyevin göstərişi əsasında tikilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidə kompleksinə verib:
“İcra başçısı İbrahim Mehdiyevin sədrlik etdiyi komissiyanın aktına görə, abidəyə verilən ərazidə ”SUNNY-H" MMC-yə məxsus olan 362 kv.m-lik tikili ərazinin qərb hissəsinə köçürülməlidir. O zaman icra başçısı mənə bildirmişdi ki, həmin tikintinin maliyyə xərcini rayon rəhbərliyi öz üzərinə götürür. Lakin sonradan İbrahim Mehdiyev nəinki vədindən imtina etdi, hətta abidənin tikintisinə xərcinin çox çıxdığını bildirərək məndən 150000 (yüz əlli min) dollar pul və xaricdə yaşayan oğlunun adına 15 sot torpaq sahəsi aldı".
Sahibkar daha sonra deyib ki, İlham Əliyevin “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün sahibkarlara qonaq evi və otellərin tikintisi üçün etdiyi müraciətə qoşularaq qonaq evi tikməyə başlayıb: “Bu tikinti ilə bağlı layihəni Bakı şəhəri İcra Hakimiyyəti təsdiq edib və tikinti üçün zəruri olan digər sənədləşmələr qanuna müvafiq qaydada rəsmiləşdirib. Lakin Ibrahim Mehdiyev müxtəlif bəhanələrlə sahibkarlıq fəaliyyətimə qeyri-qanuni müdaxilə edərək ötən ilin dekabrından tikintini dayandırdı. Hətta meriyanın vəzifəli şəxslərinin qanunsuz müdaxilələrdən əl çəkməklə bağlı İbrahim Mehdiyevə müraciət etmələri də, onun özbaşınalığına son qoymadı. Bu qanunsuzluqları həyata keçirməkdən ötrü icra başçısı Yasamal rayon Polis Idarəsinin əməkdaşlarından da istifadə edir”.
İş adamı yazır ki, İbrahim Mehdiyev ondan aldığı və oğlunun adına sənədləşdirdiyi torpaq sahəsində milyonlarla manat pul xərcləyərək beş mərtəbəli, 6000 kv.m-dən yuxarı sahəsi olan əyləncə mərkəzi inşa etdirib.
Yasamal rayon Icra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bununla belə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər