Bakıda firmadan oğurluq edən 3 şəxs həbs olunub
31-03-2012, 12:20
Oxunub: 6 187
Bakıda "Qasid"ə məxsus qəzet köşkündə oğurluq olub.
Bakı Şəhər Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, martın 26-da F.Əmirov küçəsində yerləşən "Qasid" firmasına məxsus qəzet köşkündən qapının qıfılını sındırma yolu ilə 625 manat, ödəmə kartları, siqaretlər və alışqanlar, martın 29-na keçən gecə isə həmin köşkdən eyni üsulla noutbuk, tütün məmulatları və internet kartları oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Abbasov, Kürdəmir rayon sakini Eldəniz Ələkbərov və Astara rayon sakini Emil Babayev martın 30-da tutulublar.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər