“Azərsu”da yeni departament yaradıldı
6-04-2012, 18:50
Oxunub: 6 495
“Azərsu” ASC sədri Qorxmaz Hüseynov “Bakı Sukanal” İdarəsinin “Bağlar Sukanal” Departamentinin yaradılması barədə əmr imzalayıb.
“Azərsu”nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuta açıqladığı məlumata görə, yeni yaradılan departament Bakının Sabunçu və Binəqədi rayonlarının, Sumqayıt və Abşeronun bağ massivlərindəki, həmçinin Novxanı, Fatmayi, Goradil, Mehdiabad, Məhəmmədi, Yeni Məhəmmədi, Digah, Pirşağı və Kürdəxanı qəsəbələrindəki abunəçilərə xidmət göstərəcək.
İndiyə qədər bu ərazilərə Binəqədi və Sabunçu Sukanal Departamentləri, Sumqayıt və Abşeron Sukanal İdarələri xidmət göstərirdi.
Qeyd edək ki, adıçəkilən ərazilərdə 22700 abunəçi var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər