Azyaşlı qızı zorlayan şəxs həbs edildi
13-04-2012, 15:10
Oxunub: 6 078
Cinayətkar öz dostunun nəvəsini zorlayıb
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Cəfər Rauf Yusif oğlunun cinayət əməlləri ifşa olunub. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilir ki, araşdırmalarla müəyyən edilib ki, Rauf Cəfər 2011-ci ilin aprel-may aylarında yaxın tanışı Adil Kərimovun (ad və soyad şərtidir) Qaradağ rayonunda yerləşən evinə gedib-gələrkən onun nəvəsi, 2004-cü il təvəllüdlü Sevinc Kərimovanın (ad və soyad şərtidir) evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. Rauf Cəfər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər