Bu gündən “Jiquli”lərə əlvida deyldi
1-05-2012, 12:40
Oxunub: 6 394
Azərbaycan bu gündən ABS sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin idxalı və istehsalına qadağa qoyub
Bu gündən etibarən ABS tipli əyləc sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin Azərbaycana idxalı və istehsalına qoyulan qadağa qüvvəyə minir.
Bolgexeberşcom-un «APA-ECONOMICS»ə istinadən verdiyi məlumata görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş «Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası» standartının tələblərinə əsasən, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2012-ci il mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Əyləc sistemi isə ABS tipli olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına müvafiq qurumlar tərəfindən icazə verilməyəcək.
Qeyd edək ki, cari ilin əvvəlinə Azərbaycanda 1 mln-dan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb, onlardan 400 minini və ya 40%-ni təhlükəsizlik səviyyəsi aşağı həddə olan minik avtomobilləri təşkil edib. Ötən il ölkə ərazisində baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dən çoxu minik avtomobilləri tərəfindən törədilib. Qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və əyləc yolunun uzun olması ilə bağlıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər