Xanımlarımız bizi ildə 280 min dollar xərcə salır
8-03-2016, 11:11
Oxunub: 1 317
“Son günlər diqqəti çəkən paylaşımlardan biri də xanımların “mənə kosmetika deyil, kitab hədiyyə et” təklifi idi. Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir”
AzVision.az xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanında yaşayan qadın orta hesabla kosmetikaya ildə 3200 dollar xərcləyir: “Bu bir səduiyyəli xanım üçün ömürü boyunca 130 min dollardan artıq xərc deməkdir və dünya üzrə orta göstəricidən 9 dəfə çoxdur. İngilis xanımlar kosmetika üçün 203 min dollar ayırmaqla ən xərcli qadınlar siyahısındadır.
İl ərzində kosmetikaya 280 milyon dollar xərcləyən Azərbaycan xanımları da bəzənməyə çox pul sərf edənlərdəndir. Yalnız Amerika Birləşmiş Ştatlarında kosmetika sənayesinin illik gəliri 62.5 milyard dollardır. Bu dünya kosmetika sənayesinin 33.8 faizi deməkdir. Dünya kitab sənayesinin illik gəliri isə cəmi 7 milyard dollardır. Yəni, kitab sənayesinin gəlirləri kosmetika sektorunun qazancından 27 dəfə azdır. Əminəm ki, məhz Azərbaycan xanımı kosmetikaya deyil, o kitablara üstünlük verəcək”.
V.Bayramov qeyd edib ki, bizim xanımların gözəl görsənməsi üçün kosmetikaya ehtiyacı yoxdur: “İnanıram ki, xanımlara cəmiyyətdə bərabər hüququ onların biliyi və dünyagörüşü, yəni, kosmetika deyil, məhz kitab verəcək. Savadlı xanım daha çox hüquqlu xanımdır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər