BolgeXeber.Com » Sosial » Qarabağ döyüşçüləri bir arada

Qarabağ döyüşçüləri bir arada

12-06-2012, 16:30
Oxunub: 5 630
Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə bu gün Qarabağ Döyüşçülərinin Forumu keçirilib.

QAT-ın mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan xəbərə görə, forum Azərbaycan Ordusunun 1992-ci ildə həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarının başlanmasının 20 illiyinə həsr olunub. Forumun aparıcısı Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri, Qarabağ döyüşçüsü Firudin Məmmədov olub. QAT sədri Akif Nağı, Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qarabağ döyüşçüsü Azad İskəndərli, Laçın alayının keçmiş komandiri Arif Paşa, Qarabağ döyüşçüsü Gültəkin Quliyeva və digərləri çıxış ediblər.

Forumda öz təşəbbüsü ilə Çexiya Respublikasının Azərbaycandakı hərbi attaşesi polkovnik Ştefan Maşek də iştirak edib. Tədbirin sonunda bəyanat qəbul olunub.

Forum iştirakçıları hesab edirlər ki, Ermənistanın işğalçı qüvvələri zəbt etdikləri Azərbaycan torpaqlarından öz xoşları ilə çıxmayacaqlar: “ Ona görə də onlarla hər hansı danışıqlar aparmağın, görüşlər keçirməyin mənası yoxdur. Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsi zamanı əldə etdiyi təcrübə və uğurlu döyüş əməliyyatları nümunələrindən yaralanaraq və bu günkü gücünə arxalanaraq müharibəyə başlamalıdır. Düşmən torpaqlarımızdan qovulmalı və birdəfəlik susdurulmalıdır. Biz Qarabağ döyüşçüsü olaraq bu müqəddəs müharibənin önündə olmağa, canımızı Vətən yolunda fəda etməyə hazırıq! Biz torpaqlarımızın düşmən tapdağında qalmasına dözmək fikrində deyilik! Ya şəhid, ya qazi olmağa hazırıq!”