Ekspert: Maklerlər evsizlərin ev arzularını “dəfn” edirlər
17-05-2016, 14:04
Oxunub: 4 846
“Bazara çıxarılan əmlakın əksəriyyətinin satışı “maklerlər” tərəfindən idarə edilir”.
Aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb
Oxu.Az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov bildirib.
Ekspert devalvasiyadan sonra bahalaşma olacağı söyləntilərinə də aydınlıq gətirib:
“Maraqlıdır ki, süni tələb yaratmaq üçün bu ilin əvvəlində 2016-cı ildə kəskin qiymət artımlarının olacağını söyləyənlər var idi.
Öncədə proqnozlaşdırdığımız kimi qiymət azalmaları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əmək haqqı və gəlirlik səviyyəsini nəzərə alsaq, qiymətlər indikidən xeyli aşağı olmalıdır”.
Onun szölərinə görə, orta aylıq əmək haqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil:
“Təəssüf ki, əmlak bazarındakı himayə olunan “makler-biznesmenlər” kəskin qiymət azalmalarına imkan vermilər. Məhz bunun nəticəsidir ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı “maklerlər” tərəfindən idarə edilir.
Buna görə də, azalmalara baxmayaraq qiymət, mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir.
Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını “dəfn” edəcəklər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər