Şirkətlər niyə gənc və cazibədar qızları işə götürürmüş?
11-11-2010, 13:20
Oxunub: 7 850
Kişi satıcılar salofanı barmaqlarını tüpürcəkləməklə açır, qadınlar isə...
«Mağazaya satıcı qız tələb olunur», «Kafeyə ofsiant qız tələb olunur» kimi elanlara biz tez-tez rast gəlirik. Hərdən bu cür elanlar insanlarda qıcıq da yaradır. Bizim narahatlığımıza səbəb olan təbii ki, «niyə məhz qız» sualıdır.
Açığı belə bir təəssürat yaranır ki, bu elanlar daha çox müəssisə sahiblərinin təbii ehtiyaclarını ödəməsinə hesablanıb. Yəni zərif cinsin nümayəndələrini pulla imtahana çəkən iş adamları bir çox hallarda qadın işçilərini cinsi istismara məruz qoyurlar. Qadın isə iş yerini itirməmək üçün hər cür təzyiqlərə, kobud rəftarlara dözür, göz yumur. Axı iş tapmaq çətindir. İş şəraitində qadınların istismara məruz qalması təkcə son illərin söhbəti deyil. Hələ sovet hakimiyyəti dövründə də «katibə» anlayışı şüurlarda fərqli cür asossiyasiya olunurdu.
Bu gün də işədüzəltmə firmaları daha çox gənc və cazibədar qızların ərizələrini qəbul etməyə üstünlük verirlər. İşçi axtaranlar da firmalara müraciətində «bizim gözəl və cavan xanıma ehtiyacımız var» deyə bildirirlər. Bu zaman işədüzəltmə firması da dərhal «karın könlündəkini» başa düşür. Firmaya pul lazımdır.
Puldan ötrü hər türlü təklifəri qəbul etməyə o qədər hazır olan firmalar, insanlar var ki.
İşçi axtaranların qadınları sırf təbii ehtiyacların ödəmələri üçün işə götürdüklərini söyləmək də düzgün olmazdı. Söhbət əsl iş adamlarından, biznesini inkişaf etdirmək istəyənlərdən gedirsə, onlar üçün qadın gəlirlərin artırılması baxımından katalizator rolunu oynayır.
Sosioloji araşdırmalar göstərir ki, qadınlarda xidmət mədəniyyəti daha yüksək olur və insanlar qadınlarla ünsiyyət qurmağa meyilli olurlar. Qadınlar müştərilərin nazı ilə oynamaq, onların əsəblərini sakitləşdimək baxımından məharət sahibidirlər. Müştərilər də qadın xidmətçilərin ərköyünlüklərinə, səhvlərinə göz yumurlar.
Kişi xidmətçiləri isə müştəriləri yola verməyə, daha çox qazanıb az işləmək fəlsəfəsinə üstünlük verirlər.
Məsələn, müşahidələr göstərir ki, müştərilər satıcı işləyən kişilərin olduqları mağazalara daha az üz tuturlar. Çünki kişi satıcılar salofanı barmaqlarını tüpürcəkləməklə açırlar. Pulları sayanda da baş barmaqlarını dilləri ilə isladırlar. Təsəvvür edin, satıcı əvvəlcə barmağını tüpürcəyilə isladır, sonra salofanı açıb çörəyi onun içinə qoyur. Bunu görən müştəri ya «bağışlayın, evdə çörək var imiş, lazım deyil» deyir, ya çıxılmaz vəziyyətdə qalıb tüpürcəkli çörəyi alır, ya da nəyin baş verməsinin fərqinə varmır.
Amma xanımlar çox az halda salofanı barmaqlarını tüpürcəkləməklə açarlar. Açsalar belə, bu, xüsusilə də kişi alıcılar üçün heç bir problem yaratmaz.
Başqa bir tərəfdən xanım işçilər rəhbərliyə qarşı daha etibarlı, inamlı olurlar. Onlar kişilərə nisbətdə daha nizam-intizamlı, hesab işlərində dəqiqdirlər.
Xidmət sahəsində gender məsələsinin qadınların xeyrinə dəyişməsi prosesi artıq bütün dünya ölkələrində müşahidə olunmaqdadır. Bu həm də onlarda idarəçilik bacarığının formalaşmasına gətirib çıxarır.
Ən başlıcası qadınların işlədikləri müəssisələrdə, firmalarda mədəni mühüt olur. Əsil kişilər qadınlar olan yerdə söyüş söyə, rüşvət ala, digər qanunsuz, qeyri-etik hərəkətlərə yol verə bilmirlər. Bu mənada kişilər nə qədər güclü olsalar da ən çox çəkindikləri məxluq da elə qadınlardır.
Çox Oxunanlar
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes
- 15-10-2024, 15:10 : Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur
Analitika / Xəbərlər