Ədliyyə Nazirliyi məhkəməyə verilir
3-07-2012, 13:35
Oxunub: 5 263
Ədliyyə Nazirliyi Vətəndaş Hüquqları İnstitutunu (VHİ) qeydiyyata almaqdan imtina edib.
Təşkilatdan Bolgexeber.com-a daxil olan xəbərə görə, Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaş Vəziyyəti İdarəsinin rəisi Rahim Rəhimovun imzasıyla birliyə daxil olan məktubda bildirilib ki, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Lakin, təqdim edilmiş nizamnamədə üzvlüyə qəbulun şərtləri, eləcə də ondan çıxma qaydası müəyyən edilməyib.
VHİ-nin təsisçilərindən olan Bəşir Süleymanlı göstərilən iradların əsassız olduğunu bildirib: “Nizamnamənin beşinci fəslinin bütün bəndləri adı çəkilən məsələyə həsr edilib. Həm üzvlüyə qəbul, həm də üzvlükdən azad olunma barədə kifayət qədər aydın maddələr öz əksini tapıb. Sadəcə nazirlik qeydiyyat sənədlərində “iradlar” tapa bilmədiyi üçün nizamnamədə əksini tapan məsələ ilə bağlı imtina məktubu göndərib. Təbii ki, biz bununla razılaşmırıq və məhkəməyə müraciət edəcəyik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər