Təhsil Nazirliyində ciddi maliyyə pozuntularına yol verilib
5-07-2012, 15:45
Oxunub: 6 270
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib
Kollegiya iclasında dövlət büdcəsinin “Təhsil” bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.
Hesablama Palatasının məlumatına görə, audit zamanı Yaradıcılıq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, bir sıra ciddi maliyyə pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi nəzərə alınaraq Kollegiya tərəfindən yoxlama materiallarının “Hesablama Palatası haqqında” Qanunun 2-ci maddəsinin on ikinci abzasının və Prezidentin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsi qərara alıbıb.
Eyni zamanda auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qaydada ciddi tədbirlərin görülməsi məqsədi ilə Təhsil Nazirliyinə təqdimatın göndərilməsi, habelə Hesablama Palatasının Daxili Nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq auditin nəticələri üzrə Milli Məclisinə məlumatın verilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, Şəmkir rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramı da təsdiq edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər