Bakıda biznesmen qadını yandıraraq öldürən şəxs tutulub
7-07-2012, 14:25
Oxunub: 5 574
Azərbaycan paytaxtında biznesmen qadının qətlində şübhəli bilinən şəxs tutulub.
Bu barədə APA -ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, iyunun 22-si saat 17 radələrində Suraxanı rayonu İ. Məmmədov küçəsində yaşayan Zibeydə Dadaşovanın evində yanğın baş verib. Nəticədə Z. Dadaşova yanıq xəsarətlərindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.
Müayinə zamanı meyitin üzərində, sinə nahiyəsində 6, ayağında isə bir kəsilmiş-deşilmiş xəsarət aşkar edilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bülbülə qəsəbə sakini Samir Səlimov iyulun 6-da tutulub.
Qeyd edək ki, qətlə yetirilən qadın bizneslə məşğul olub. Hadisəni törədən S. Səlimov qadını öldürüb və evi qarət edib. Daha sonra izi itirmək məqsədi ilə evi yandırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər