Ana olmaq şansını itirmək istəyən “FUNDA” ya gəlsin
14-07-2012, 10:20
Oxunub: 6 108
Flora Tağıyeva Funda Dioqnostika Mərkəzindən şikayətlənir
Statistikalar göstərir ki, son zamanlar “abort” əməliyyatı daha geniş vüsət alıb. Bu əməliyyata səbəb olan amillərdən biri də dölün cinsiyyətinin qabaqcadan müəyyənləşdirilməsidir. Digər tərəfdən həkimlərin səriştəsiz olmaları və maddi vəsaitə uyğun müalicə “taktikası” bu kimi neqativ halların çoxalmasına şərait yaradır. Xəstələri onların ciblərinə uyğun qəbul edən həkim, lazımsız əməliyyata qaldırmağa qədər cəsarət tapır. Yaxud lazım olan məqamda əməliyyat etməyib, sadəcə müalicə ilə xəstəni sağaldacağına inandırmağa çalışır. Bu da sonradan çox ciddi fəsadlara gətirib çıxardır. Belə qurbanlardan biri də “Xəbərinfo”-a danışıb, bir daha ana olmayacağını bildirdi. Funda Dioqnostika Mərkəzindən şikayətlənən Tağıyeva Flora Tariel qızı redaksiyamıza məktub ünvanlayıb. Məktubu olduğu kimi oxucuların və eləcə də aidiyyatı qurumların diqqətinə çatdırırıq:
“Mən Tağıyeva Flora Tariel qızı 22.06.2012-ci il tarixdə 10 saylı qadın məsləhətxanasına getdim. Aparatdan keçdikdən sonar mənə bildirdilər ki, uşaqlıq turbanda kölgə göstərir. Sonra Funda Dioqnostika Mərkəzinə müraciət etdim. Orada məni “abort” edib, problemin həll olunduğunu bildirdilər. Amma daha da kəskin ağrılar başladı. Nəhayət məndə boru hamiləliyinin olduğu təsbit oldu və Baku Medikal Plaza Klinikasında əməliyyat olundum.
Nəzərinizə çatdırım ki, Funda Dioqnostika Mərkəzinin məsuliyyətsizliyinə görə , mənim uşaqlıq borumu götürdülər və bununla da əbədi ana olmaq şansımı itirdim.
Daha sonra şikayətci xanım xahiş edərək bildirir ki, Funda Dioqnostika Mərkəzinin mənə vurduğu maddi və mənəvi ziyanın ödənilməsində yardımçı olasınız və bu məsələni mətbuatda işıqlandırmaqla aidiyyatı qurumların nəzərinə çatdırasınız.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq
Xəyalə Süleyman qızı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər