Daha bir şok bahalaşma - İndi də ətin qiyməti qalxdı
2-08-2016, 18:15
Oxunub: 4 387
Son iki ayda mal ətinin qiyməti 14%-ə yaxın bahalaşıb
Avqustun 1-dən mal əti 0,50 manat və ya 6,6% bahalaşaraq 1 kq-ı 8 manata çatıb.
Bu, son iki ayda ikinci bahalaşmadır. İyunda ət 0,50 manat - 7 manatdan 7,50 manata və ya 7,1% bahalaşmışdı.
Ət ötən illər iyun-iyulda 7 manatdan 7,50 manata bahalaşıb. 2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manatdan 8,5 manata qədər bahalaşıb, sonra 7 və 7,5 manata düşüb. 2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb.
Mal əti 2012-ci ilin sonu, 2013-cü ildə 9 manata qədər bahalaşmışdı. Ekspertlərin fikrincə, indiki bahalaşma toy mövsümü ilə bağlıdır. Ona görə avqust-sentyabrda qiymətlər 8,50 - 9 manata qədər arta bilər.
Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalaşır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.
Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin payı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir.
Turan
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər