Azərbaycanda problemli kreditlərin həcmi rekord həddə çatıb
8-08-2016, 18:01
Oxunub: 2 923
Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 539,8 mln. manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir
Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb.
Bolgexeber.com report-a istinadən bildirir ki, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 mln. manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 31,3 mln. manat və ya 2,07% artıb.
Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35% təşkil edib və aylıq müqayisədə 0,03 faiz bəndi, yarımillik müqayisədə isə 1,41 faiz bəndi artıb.
Manatla verilən vaxtı keçmiş kreditlər iyulun 1-nə 779 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə nisbətən 1,3 mln. manat və ya 0,17% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 61,2 mln. manat və ya 7,28% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,1 faiz bəndi artıb, ilin əvvəlindən 0,49 faiz bəndi artaraq 8,13%-ə çatıb.
Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin iyulun 1-nə həcmi iyunun 1-nə nəzərən 3,6 mln. manat və ya 1,8% azalaraq 196 mln. manat təşkil edib. İlin əvvəlindən isə azalma 72,2 mln. manat və ya 26,92% olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 13,93% təşkil edib. Bir ay əvvəl bu göstərici 14,31%, ilin əvvəlində isə 15,1% olub.
Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə iyulun 1-nə 583 mln. manat təşkil edib. Bu, iyun ayının 1-nə olan göstəricidən 4,9 mln. manat və ya 0,84% artıqdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər iyulun 1-nə 11 mln. manat və ya 1,92% artım göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı iyulun 1-nə 7,14%, iyunun 1-nə 6,98%, ilin əvvəlində 6,2% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi iyulun 1-nə 760,8 mln. manat təşkil edib. Bu, iyunun 1-nə nisbətən 24,3 mln. manat və ya 3,29%, cari ilin əvvəli ilə müqayisədə isə 92,5 mln. manat və ya 13,84% çoxdur.
Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi iyulun 1-nə 8,58%, keçən ayın əvvəlində 8,64%, ilin əvvəlində isə 6,2% olub.
Xarici valyutada vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi iyulun 1-nə 322,6 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə olan göstəricidən 8,6 mln. manat və ya 2,59% azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 17,8 mln. manat və ya 5,83% çoxdur. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı iyulun 1-nə 12,16% olub. Qeyd edək ki, keçən ay bu göstərici 13,26%, ilin əvvəlində isə 8,6% olub.
Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi iyulun 1-nə 438,2 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə olan göstəricidən 32.9 mln. manat və ya 8,11% çoxdur. İlin əvvəli ilə müqayisədə bu göstərici 74,7 mln. manat və ya 20,55% artım göstərib. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı iyulun 1-nə 7,05%, iyunun 1-nə 6,72%, 2016-ci ilin əvvəlində isə 5% olub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər