Jurnalist Kamil Həmzəoğlu evini satışa çıxardı - FOTO
10-08-2016, 13:25
Oxunub: 5 463
"FB dostlarımdan bu müraciətimi yaymaqlarını acizanə şəkildə xahiş edirəm"
"Gununsesi.info"nun redaktoru (həm də "525-ci qəzet"-in parlament müxbiri), "Tərəqqi" medallı jurnalist Kamil Həmzəoğlu (Həmidov) 2006-cı ildən bəri yaşadığı Abşeron rayonu Qobu qəsəbəsindəki evini satışa çıxarıb. Modern.az-ın məlumatına görə, o, bunun səbəbini belə izah edib:
"Bu haqda çox da ətraflı danışmaq istəmirəm, sadəcə, 2011-2014-cü illərdə aldığım, yaşadığım mənəvi və maddı zərbələr, sıxıntılar, üzləşdiyim ədalətsizlik və haqsızlıqlar məni buna vadar, məcbur etdi. Məni tanıyanlar, mənə ürəkdən, səmimi bağlı olan insanlar da yaşadıqlarım və indi vermək məcburiyyətində qaldığım qərarımın səbəbləri barədə az-çox məlumatlıdırlar...
Bu günə kimi də əlimi haram tikəyə uzatmadım, boğazımdan haram tikə keçmədi, kiminsə haqqına girmədim, zina, naməhrəm, nacins işlərlə məşğul olmadım... Amma nə etmək olar, həyatdır, haradan və nə vaxt zərbə gələcəyi məlum deyil... Mən də istəmədən, arzulamadan son 4-5 ildə borclara düşdüm, həm bank borcları, həm də şəxsi borclar məni artıq bezdirib - usandırıb, mənə zamin olan insanları da üzmək istəmirəm, hamısı abırlı-həyalı, mədəni, ziyalı insanlardır, istəmirəm ki, kimlərsə mənə görə onları narahat etsin. Odur ki, Qobudakı (17 illik kirayə həyatından sonra nə zorluqlarla-çətinliklərlə tikib başa gətirdiyim, daha doğrusu, gətirməyə çalışdığım) evimi iki sot torpaqla birlikdə satışa çıxarıram - ilkin qiyməti də 16 min AZN. Aşağı yeri də var (tel: 0515841194, 4347246-iş).
Ona görə həmkarlarımdan, FB dostlarımdan bu müraciətimi yaymaqlarını acizanə şəkildə xahiş edirəm. Allah hər birimizin köməyi olsun və bizləri çarəsiz problemlərlə üzləşdirməsin. Amin!".
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər