Qarpız nəyə xeyirdir?
31-07-2012, 12:35
Oxunub: 6 164
Amerikalı alimlər tərəfindən qarpızın xeyirli tərəfləri açıqlanıb.
Florida Universitetinin (ABŞ) alimləri hipertoniklər üçün maraqlı olan belə bir qənaətə gəlmişlər ki, qarpız yüksək təzyiqin normallaşmasına və damarların elastikliyinin qorunub saxlanmasına kömək göstərir.
American Journal of Hypertension jurnalının səhifələrində dərc olunmuş yazıda deyilir ki, qarpızda olan təbii ekstraktlar onlardakı yüksəkhəcmli amin turşuları – arginin və tcitrullin sayəsində nəzarət altında təzyiqin aşağı salınması prosesi üçün istifadə oluna bilər.
Tədqiqat zamanı orta yaş dərəcəsindən olan 58 yaşlı 40 könüllü altı həftə qarpız cövhəri və ya platsebo qəbul etmişdir. Müalicə kursu başa çatdıqdan sonra daha iki həftə eksperimentdə iştirak edənlərin səhhəti müşahidə edilmişdir.
Alimlər müəyyən etmişlər ki, cövhər qəbul edən qrupda qan təzyiqinin yuxarı göstəricisi platsebo (boş toz) qəbul edənlərə nisbətən 15,1 və 11,5 bənd aşağı düşmüşdür. Aşağı təzyiq göstəricisi də 7,6 və 7,8 xətt enmişdir.
Tədqiqatçılar bildirirlər ki, yuxarıda göstərilən nəticələr əksəriyyət iştirakçılar üçün hipertoniyanın öhdəsindən gəlməkdə yetərli olmuşdur.
2011-ci ildə Coldiretti kənd təsərrüfatı məhsulları istehsalçılarının aparıcı milli assosiasiyasını təmsil edən İtaliya seleksiyaçıları Romada yeni pomidor növü yetişdirmişlər. Onun qida rasionuna daxil edilməsi qocalma proseslərini ləngidəcək, orqanizm daha sağlam olacaqdır.
Azərtac
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər