BolgeXeber.Com » Sosial » Küçədən iki qumbara tapıldı

Küçədən iki qumbara tapıldı

2-08-2012, 17:35
Oxunub: 5 211 Xəzər rayonunda, yol kənarında 2 qumbara tapılıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda yolun kənarında döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd "RQD 5" və 1 ədəd "F-1" markalı (alışdırıcıları ilə birlikdə) əl qumbaralarıdır.
Aşkarlanmış partlayış təhlükəli hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.