Azərbaycanda hər taksi sürücüsü turist daşıya bilməyəcək
30-09-2016, 15:25
Oxunub: 4 697
Azərbaycanda turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni tələblər tətbiq ediləcək
Bolgexeber.com bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin sertifikatı əldə etməmiş daşıyıcı turist və ekskursantların daşınması ilə məşğul ola bilməz.
Turist avtonəqliyyatı vasitələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməlidirlər. Onlar həm də avtomobil nəqliyyatı ilə turistlərin və ekskursantların daşımalarını tənzimləyən normativ aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.
Layihəyə görə, turistlərin və ekskursantların daşınması üçün daşıyıcılar müvafiq icra hakimiyyəti orqanlarının birgə müəyyən etdiyi qaydada akkreditasiyadan keçməli və akkreditasiya kartları ilə təmin olunmalıdırlar.
Avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərən şəxs buna görə lisenziya aldıqdan sonra turistləri və ekskursantları daşıma sahəsində xidmət göstərmək üçün nəzarət orqanının nümayəndələrinin iştirakı ilə akkreditasiyadan keçməlidirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər