Bakıda toyuq əti sexində ürək bulandıran durum
10-08-2012, 12:30
Oxunub: 6 132
Hövsan qəsəbəsində toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib
Hövsan qəsəbəsində toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə qurumun Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən, avqustun 6-da Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi 16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılıb və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib. Bununla da, istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub. Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Aşkar edilmiş faktlar insan həyatı, sağlamlığı, əmlakı və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib. Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər