Azərbaycanın 2 ən nəhəng ticarət mərkəzi çökdü- iflas
15-10-2016, 17:42
Oxunub: 5 107
Azərbaycanın 2 ən nəhəng – Sədərək və Binə ticarət mərkəzləri iflas həddindədir. Devalvasiya ticarət mərkəzlərini çökdürüb
Bolgexeber.com bildirir ki, bunu istiqlal.az-a ticarət mərkəzlərində işləyən satıclar deyib.
Xaricdən ölkəyə mal gətirən bütün ticarətçilər kimi onlar da dolların qalxması ilə ciddi ziyana düşüblər. Dolların kəskin bahalaşması “Sədərək” və “Binə”də ticarəti demək olar ki, sıfıra endirib.
Ticarətçilərin dediyinə görə, bazarın sahibləri ilə böhrandan çıxmaq üçün məsləhətləşmə başlayıb: Əvvələr güzəşt anlayışını yaxına buraxmayan rəhbərlik indi vəziyyətdən maksimum az ziyanla çıxmaq üçün ticarətçilərlə danışıqlar aparır: “İcarə haqlarının azaldılması, kommunal xidmətlər üzrə ödənişlərin birgə qarşılanması (əvvəllər kommunal xərclər yalnız ticarətçilərin hesabına ödənilirdi), borcların güzəştli şərtlərlə ödənilməsi ilə bağlı danışıqlar gedir. Bazar sahibləri ümid edir ki, bununla tam olmasa da, qismən ticarət dövriyyəsini bərpa etmək və iflasdan qaçmaq mümkün olacaq. Hərçənd ki, bazarın əsas müştəriləri olan Dağıstan tacirləri Rusiyadakı məlum vəziyyətlə bağlı müflis olublar. Yerli alıcıların da əksəriyyəti sıradan çıxıb. Xüsusi ilə də rayonlardan topdansatış mağazalarına gələn kiçik ticarətçilərin sırası ciddi şəkildə seyrəlib. Yalnız Bakı və Abşeronda yaşayan və ailəsi üçün bazarlığa gələn müştərilərə ümid qalıb ki, onların da sayı azalmaqdadır” – deyə mənbə vurğulayıb.
Mənbənin məlumatına görə, yeni devalvasiya təhlükəsindən ehtiyatlanan ticarətçilər mal gətirməyə risk etmirlər: “Çünki “bonkrot” olmaq ehtimalı yüksəkdir. Ümumiyyətlə, hər iki ticarət mərkəzində fəaliyyət növünü dəyişmək və ərzaq məhsulları ticarətinə keçmək düşüncəsi dominantlıq təşkili edir. Ancaq əhalinin alıcılıq qabiliyyətinin günbəgün zəifləməsi bunu da riskli edir” – deyə mənbə bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər