“XALQA YALAN DANIŞMASIN!” – Deputatdan “Azəriqaz”a sərt reaksiya
17-10-2016, 13:01
Oxunub: 4 516
“Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur"
Millət vəkili Çingiz Qənizadə paytaxtda qazın zəif təzyiqdə olması ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin “Qafqazinfo”ya verdiyi açıqlamaya sərt reaksiya verib.
Ç. Qənizadə bildirib ki, mətbuat xidmətinin rəhbərinin saytımıza verdiyi açıqlama ilə tanış olub və onun yerinə sadəcə utanıb: “Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur.
Eyni zamanda mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq.
Maraqlı məqam isə ondan ibarətdir ki, ərazilərdə qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir. Binəqədi üzrə biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil. Osman adlı bir şəxs rəhbərlik edir. Telefon nömrəsini də tapa bilmirik. İnternetdə “Azəriqaz”ın əlaqə telefonları yoxdur. Bir dənə “Qaynar Xətt”in nömrəsi var. Onu da yığırıq, təbii ki heç kim cavab vermir.
Belə məqamda sadəcə İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar. Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər