`Şəhid ailəsi üçün 10 min manat çox azdır` - YAP-çı deputat
19-10-2016, 13:09
Oxunub: 4 532
“Hərbi qulluqçular şəhid olarkən onların ailələrinə ödənilən sığorta haqqının məbləği 10 dəfə artırılmalıdır. Hesab edirəm ki, bu, dövlətin şəhid ailələrinə verdiyi ciddi yardım olar”
Bu barədə AzVision.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Bununla bağlı Milli Məclisdə məsələ qaldıran deputat bildirib ki, hazırda şəhidlərə dövlət tərəfindən ödənilən sığorta pulunun məbləği azdır: “Bu məbləğ 10 min manatdır. Milli Məclisin son plenar iclasında sığorta haqqının 10 dəfə artırılmasını təklif etdim. Çünki, qarşıdan büdcə müzakirələri gəlir. Çox istərdim ki, hökumət büdcə müzakirələri zamanı təklifimi nəzərə alsın”.
A.Mirzəzadə xatırladıb ki, oktyabr ayından başalayaraq Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr keçiriləcək: “Müzakirələrdə Maliyyə Nazirliyi qarşısında bu rəqəmin təsis edilməsini xahiş edəcəyəm. 10 min manat o qədər də böyük məbləğ deyil. Eyni zamanda şəhid ailəlidirsə, bu məbləğ ailə üzvləri arasında bölünür. Bu, çox az məbləğdir.
Nəzərə alsaq ki, il ərzində çox sayda şəhidimiz olmur. Bu baxımdan şəhid ailəsinə ödənilən sığorta məbləğinin 10 dəfə artırılaraq 100 min olmasını təklif edirəm. Bunun üçün Maliyyə Nazirliyinin xüsusi hesabında ehtiyatdan 10 milyon manat saxlanıla bilər. Bu, ciddi bir rəqəmdir. Şəhid ailəsi bu məbləği banka depozit qoya, özünün biznes fəaliyyətini genişləndirə, torpaq ala, mənzil şəraitini yaxşılaşdıra bilər. Bu dövlətin onlara çox ciddi yardımı kimi qiymətləndirə bilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər