Evsiz alimlərə yeni şad xəbər
16-08-2012, 23:00
Oxunub: 5 684
Milli Elmlər Akademiyası (AMEA) sentyabr-oktyabr aylarında evsiz alimlərin sayını müəyyənləşdirmək üçün araşdırma aparacaq.
Bunu AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov deyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl sorğu ilə evsiz gənc alimlərin sayı müəyyənləşdirilib. Həmin vaxt onların sayı 160 nəfər olub. Orucov bildirib ki, artıq illər keçdiyi üçün evsiz gənc, eləcə də gənc olmayan alimlərin sayı dəyişilib. Növbəti araşdırmaları zamanı daha yüksək bir rəqəmin ortaya çıxacağının gözlənildiyini deyən AMEA rəsmisinin sözlərinə görə, bu dəfə araşdırma yalnız gənc deyil, bütün yaş qrupları üzrə olan alimlər arasında aparılacaq. Bununla yanaşı, bu dəfə evsiz alimlərin sayını müəyyənləşdirmək üçün başqa üsuldan istifadə ediləcək. Bunun üçün AMEA-nın müəssisələrinin rəhbərliyinə müraciətlər ediləcək və bunun əsasında da evsizlərin sayı öyrəniləcək. Orucov bildirib ki, bu araşdırmanı yekunlaşdırdıqdan sonra müvafiq tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə müraciət ediləcək: “İnanmıram ki, bundan sonra məsələ ilə bağlı qərar qəbul olunmasın. Çünki artıq müxtəlif sahələr üzrə işləyən insanların mənzillə təminatını yaxşılaşdırmaq üçün dövlət tərəfindən tədbirlər görülür. Alimlər üçün belə bir tədbirin görülməsi onların elmlə məşğul olmasını stimullaşdıran amillərdən biri olar”.
Mərkəz rəhbəri əlavə edib ki, hazırda Bakıda AMEA-nın aspirantlar üçün nəzərdə tutulan 9 mərtəbəli yataqxanası var. Amma bu gün həmin binanın sökülərək yerində yenisinin tikilməsi mümkünsüzdür. Çünki həmin binada vaxtilə subay kimi məskunlaşmış aspirantlar artıq evlənərək uzun müddətdir ki, orada yaşayırlar. Bu bina söküləcəyi təqdirdə həmin şəxsləri evlə təmin etmək lazımdır. Bununla yanaşı, hazırda 1000-dən çox şəxs həmin evlərdə qeydiyyatdadırlar. Bina sökülərsə, həmin insanlar da AMEA-ya qarşı iddia qaldıra bilərlər. Buna görə də, bu binanın taleyi ilə bağlı hökumət qərar verməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər