BolgeXeber.Com » Sosial » İki bank vətəndaşı maaşsız qoydu: maaş kreditə tutula bilərmi? VİDEO

İki bank vətəndaşı maaşsız qoydu: maaş kreditə tutula bilərmi? VİDEO

2-11-2016, 10:30
Oxunub: 2 877 İki bank vətəndaşı maaşsız qoydu: maaş kreditə tutula bilərmi? VİDEONəticədə Sevda Abbasova 3 aydır əməkhaqqı almır

Maaşının yarısı məhkəmə qərarı ilə bir banka ödənilir, digər yarısı isə o biri bank tərəfindən tutulur. Nəticədə Sevda Abbasova 3 aydır əməkhaqqı almır.

Vətəndaş birinci banka borcunu ödəyə bilmədiyinə görə məhkəməyə verilib. Məhkəmənin qərarı ilə hər ay onun maaşının yarısı tutulub banka ödənilir. Ancaq Sevda Abbasova əməkhaqqı hesabının olduğu bankdan da kredit götürüb. Son dövrlər kreditini ödəyə bilmədiyinə görə bank onun əməkhaqqı hesabındakı qalan bütün məbləği borcun əvəzinə silir. Baxmayaraq ki, kredit müqaviləsində belə hal nəzərdə tutulmayıb.

Əgər bu bank da vətəndaşı məhkəməyə verəcəksə, qanunun tələbinə uyğun olaraq, onun maaşının 50 faizindən artığı tutula bilməz.

Yəni şəxsin 2 və daha artıq banka borcu da olsa, həmin banklara ödəniş yalnız aylıq əməkhaqqının 50 faizinin banklar arasında bölünməsi yolu ilə həyata keçirilə bilər.


“Xəzər Xəbər”