Rəis müavinin qardaşı xanım iş adamını soydu
22-08-2012, 11:15
Oxunub: 5 283
Qadın içində mobil telefon və 170 manat pul olan çantasını əlindən buraxmaq isətəməyəndə cinayətkarlar onu yolda 10 metrdən artıq sürüyüb
Bakıda xanım iş adamına qarşı azyaşlı övladının gözləri qarşısında amansız cinayət törədilib. Bolgexeber.com xəbər verir ki, cinayəti törədən şəxslərdən biri paytaxt polisində yüksək vəzifə tutan polis zabitinin qardaşıdır.
Nizami polisindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində yaşayan 40 yaşlı Səbinə Miryaqubovaya qarşı baş verib. Belə ki, o, avqustun 20-də saat 17 radələrində 4 yaşlı qızı ilə evinə gedərkən gözlənilməz halla üzləşib. Yolun kənarında dayanmış “VAZ-21 015” markalı avtomobilin sürücüsünün yanında əylşən şəxs həmin yerdən keçən xanımın çantasını əlindən alaraq qaçıb. Qadın içində mobil telefon və 170 manat pul olan çantasını əlindən buraxmaq isətəməyəndə cinayətkarlar onu yolda 10 metrdən artıq sürüyüb.
Bədən xəsarətləri alan qadın polisə müraciət edib. Dərhal əməliyyata başlayan polis cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Emil Hacıyev və 23 yaşlı Tural Səfərzadəni həbs edib. Saxlanılan şəxslər ilkin ifadələrində qadını üzərində xeyli qızıl əşyaları olduğundan zəngin zənn etdiklərini və buna görə də soyduqlarını deyiblər.
Qeyd edək ki, cinayətdə şübhəli bilinən T.Səfərzadə isə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin rəis müavini Zəka Səfərovun qardaşıdır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər