Yol polisini hicabla aldadırlar
25-08-2012, 18:05
Oxunub: 5 447
Sürücülük vəsiqəsindən məhrum edilməmək üçün Türkiyədə qadın sürücülər arasında yeni metod çox geniş yayılıb.
Spirtli içki qəbul edən qadınların əksəriyyəti, artıq polisin yollarda tətbiq etdiyi alkoqol nəzarətindən canlarını qurtarmaq üçün yeni üsuldan istifadə edirlər.
Avtomobillərində hicab gəzdirən bu qadınlar, içkili olduqları zaman yollardakı polis nəzarət nöqtələrinə yaxınlaşarkən hicabı başlarına örtərək özləri haqqında mömin və imanlı qadın təsəvvürü yaradırlar. Əksər vaxtlar polislərin heç saxlatmadıqları "hicablı qadınların" bu hiyləgərliyinin üstü açılıb.
Türkiyənin kurort şəhərlərindən birində, gecə polisin saxlatdığı avtomobillərin birinin sükanı arxasından iki sərxoş, amma hicablı qadın çıxıb. Sərxoşluğun dərəcəsindən ayaq üstə güclə duran qadınların, hicabı belə düzgün örtmədikləri çox maraqlı səhnə yaradıb.
Sürücülük vəsiqəsi əlindən alınan qadın polislərə, bu üsuldan çox tez-tez istifadə etdiyini deyib.
Qadının sözlərinə görə, əksər rəfiqələri də içkili vaxtı bu sınanmış metodun köməyi ilə polisi aldadaraq nəzarətdən və sürücülük hüququndan məhrumiyyətdən yaxa qurtara bilirlər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər