Eyyub Hüseynov: Bayram ərəfəsində 70%-ə qədər qiymət artımı gözlənilir
10-12-2016, 11:20
Oxunub: 4 179
AİB sədri: ümumillikdə 25%-dən çox qiymət artımı baş verib
Eyyub Hüseynov: Ölkə bazarları təhlükəli mallarla dolur
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, il boyu əmtəə bazarındakı vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından istehlakçıların zərərinə dəyişib: “Hökumətin biznes qurumlarına yaratdığı rahat toxunulmazlıq şəraiti xüsusilə burada öz mənfi rolunu oynayıb. Yəni, prezidentin əhəmiyyətli tapşırığı əslində dövlət orqanları tərəfindən adekvat yerinə yetirilmir. Biznes qurumları üçün toxunulmazlıq şəraiti o demək deyil ki, ölkənin əmtəə bazarı təhlükəli mallarla dolsun və kim nə istəyir gətirib satsın”. “İl ərzində istehlakçıların həyatına təhlükə törədən malların ifşası üzrə çoxlu işlər görülüb. Bu il Azad İstehlakçılar Birliyi sertifikatı olmayan və yoxlamadan keçmədən satılan 700-ə qədər mal və xidmətin siyahısını əldə edib. Manatın devalvasiya məsələsini, biznes qurumlarının süni qiymət artımlarını, qaz və işığın qiymətlərindəki dəyişiklikləri üst-üstə gəlsək və keçən ilin bugünki vaxtına uyğunluğu analiz etsək, ümumillikdə 25%-dən çox qiymət artımı baş verib. Son 20 gündə isə daha ciddi dəyişikliklər olub: ət 30%, kərə yağı 13%, şəkər tozu 13%, düyü 25%, quru meyvələr isə 40-50% bahalaşıb. Qoz, fındıq və quru meyvələrin Novruz bayramı ərəfəsində keçən ilə nisbətən 70%-ə qədər qiymətində qalxma gözlənilir”, — deyə o bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər