Azərbaycanın 2 ən nəhəng ticarət mərkəzi çökür – İDDİA
3-01-2017, 16:44
Oxunub: 3 978
“Binə” və “Sədərək”Ticarət Mərkəzi fəaliyyətini dayandıra bilər
Məlumatı istiqlal.az-a ticarət mərkəzində çalışan sahibkarlar verib.
Mənbənin sözlərinə görə, ticarət mərkəzində vəziyyət acınacaqlı hal alıb. Belə ki, dolların məzənnəsi qalxandan sonra sahibkarların çoxu ticarətini dayandırmaq məcburiyyətində qalıb. Mənbə onu da əlavə edib ki, sahibkarlar vəziyyətdən çıxış yolu kimi satışı dollarla həyata keçirməyə qərara versə də, sonradan bunun çıxış yolu olmadığı və qanunla qadağan edildiyi bildirilib. Ancaq malların qiymətində kifayət qədər artım qeydə alındığından, alıcılıq qabiliyytində də azalma yüksək həddə çatıb. Müştərilər bahalığa və iqtisadi durumlarının pisləşməsinə görə ticarət mərkəzinə gəlməkdən imtina edir. Bu vəziyyət qarşılığında bəzi sahibkarlar satışı dayandırmaq qərarına gəlib.
Mənbə hazırda “Binə” Ticarət Mərkəzində topdansatış həyata keçirən sahibkarların fəaliyyətini dayandırmaq ərəfəsində olduğunu da deyib. Əksər sahibkarlar icarə haqqını ödəyə bilmir: “Əvvəllər icarə haqqı 1400 manata olan bəzi mağazalarda indi icarə haqqı 700 manata qədər aşağı salınıb. Lakin buna baxmayaraq bu məbləği belə ödəməkdə çətinlik çəkən sahibkarlar var. Çünki insanların alıcılıq qabiliyyəti əvvəlki kimi yüksək deyil”.
Eyni zamanda sahibkarların mal gətirmək üçün banklardan götürdüyü kreditlərin ödənilməsində də ciddi problemlər yarandığından bankların mağazalardakı mallara həbs qoymaq ehtimalı artır.
Oxunma sayı (4)
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 25-06-2025, 21:57 : Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 5-07-2025, 17:59 : İstanbulda zəlzələ oldu
Dünya / Xəbərlər
- 23-06-2025, 12:56 : “Konstitusiya və Suverenlik ili - 2025”: Tərtərdə 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 24-06-2025, 15:21 : Aktrisa Pərvinə ağır zərbə
Şou-Biznes / Xəbərlər
- 19-06-2025, 14:51 : Azərbaycanda ən çox hansı müğənnilər qazanır?
Şou-Biznes / Xəbərlər
- 23-06-2025, 17:59 : Məşhur futbolçu karyerasını bitirdi
İdman / Xəbərlər
- 20-06-2025, 15:34 : Məşhur aktyor həyatını itirdi
Şou-Biznes / Xəbərlər
- 25-06-2025, 10:49 : "Qarabağ"ın futbolçuları Şuşada
İdman / Xəbərlər