Azərbaycanda boşanmaların əsas səbəbi nədir?
6-02-2017, 15:35
Oxunub: 4 673
Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas problemlər uşaqlı ailələrdə yaranır
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, ər-arvad ayrıldıqdan sonra ortaya çıxan əsas problemlər uşaqların hansı valideynin yanında qalması, alimentin ödənilməməsi, qeydiyyatla bağlı olur.
Komitənin belə ailələrdə uşaqlara psixoloji baxımdan yardımlar göstərdiyini nəzərə çatdıran E.Səfərov əlavə edib ki, Azərbaycan ailələrində boşandıqdan sonra əsas ortaya çıxan problemlərdən biri də birgə əmlakların bölüşdürülə bilməməsi səbəbindən yaranır:
“Boşanan zaman ən çox rast gəlinən problemlərdən biri də tərəflərin rəsmi nikahının olmamasıdır. Buna görə də məsələhətimiz odur ki, tərəflər nikaha daxil olarkən dini nikahla bərabər, rəsmi nikah da bağlasınlar”.
E.Səfərov əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda 6281 boşanma faktı qeydə alınıb.
Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması boşanmaların əsas səbəbləri arasındadır.
Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələrdə boşanmaların sayı artıb.
Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə boşanmış uşaqlı ailələrdə 9378 uşaq olub.
Azərbaycanda uşaqsız ailələrdə də boşanma halları artır. Uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972, 2014-cü ildə 6840, 2015-ci ildə, 6950 olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər