"2 manatlıq dərmanı 16 manata satırlar" - Nazirlik rəsmisi
16-02-2017, 13:12
Oxunub: 4 972
“Dərman firmaları satılmayan dərmanları həkimlərlə əlaqəyə girərək onlara müraciət edən xəstələrə yazdırırlar”
Bunu İqtisadiyyat Nazirliyinin müşaviri Manaf Bayramov dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.
Nazirlik rəsmisi bildirib ki, firma 2 manatlıq Hindistan dərmanını aptekdə 16 manata satdırırsa, Almaniyanın həmin tərkibli dərmanı 4 manata satılır,
“Zəif texnologiyalarla üçüncü ölkələrdə istehsal edilən firma dərmanları bundan daha bahadır. Bir dərman vasitəsinin qiyməti müəyyənləşərkən 10 ölkədə həmin dərman vasitələrinin qiymətləri götürülür və orta qiymət müəyyənləşir. Onun üzərinə Nazirlər Kabinetinin 11-12 faizlik marjası və apteklərin 11-20 faizlik marjası əlavə olunur və qiymət müəyyənləşir. Dərmanı gətirən şirkət digər idxalçının gətirdiyi dərmanın qiymətini nazirliyin saytında yerləşən cədvələ əsasən hesablaya bilər”.
Son günlər manatın məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, dərman vasitələrinin qiymətinin aşağı düşməməsi haqda məlumatlara Tarif Şurasının katibi İlkin Məcidov aydınlıq gətirib. O bildirib ki, həmin qiymətlər dolların məzənnəsi 1.7196 olanda müəyyənləşdiyi üçün yenidən baxılmasına ehtiyac qalmayıb.
İlkin Məcidov vurğulayıb ki, İqtsadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdə hər 100 min nəfərə 25 aptek düşür: “Bizdə də rəqəmlər bu göstəriciyə yaxındır. Ölkəmizdə hər 100 min nəfərə 22 aptek düşür. Bu gün ölkəyə dərman vasitələrinin idxalı artıb. 2017-ci ilin yanvarında 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz dərman vasitələrinin idxalında artım var. Əsas çətinlik məzənnənin dəyişməsi ilə bağlıdır”.
İqtisadiyyat Nazirliyinin müşaviri Manaf Bayramov əlavə edib ki, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin adını qeyd etməlidirlər. “Əslində dərmanın tərkibi qeyd edilməlidir, bizdə isə buna riayyət edilmir. Pasiyent dərmanın tərkibini cədvəldə qeyd etməklə Azərbaycanda həmin tərkibdə dərman vasitəsinin mövcud olduğunu müəyyən edə bilər"
Xəzərxəbər
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər