BolgeXeber.Com » Sosial » Millət vəkili: Bakıda satılan 6-7 manatlıq ətlər qeyri-adi heyvan ətidir – FOTO
Millət vəkili: Bakıda satılan 6-7 manatlıq ətlər qeyri-adi heyvan ətidir – FOTO
14-03-2017, 16:23
Oxunub: 4 675
“Hazırda ölkə ərazisində satılan mal və qoyun ətlərinin qiyməti 12-13 manat arasında dəyişir"
Novruz bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.
Bolgexeber.com baku.ws-ə istinadən bildirir ki, paytaxtda, həmçinin də bölgələrdə satılan mal və qoyun ətlərinin qiymətinin 11-12 manatdan ucuz olmamasını nəzərə alaraq yarmarkalarda satılacaq 6-7 manatlıq ətin keyfiyyətinin nə dərəcədə normal olacağı sualı yaranır.
Millət vəkili Vahid Əhmədov 6-7 manata satılan ətin keyfiyyətinin normal olmayacağı qənaətindədir.

“Hazırda ölkə ərazisində satılan mal və qoyun ətlərinin qiyməti 12-13 manat arasında dəyişir. Faktiki olaraq ət bazarlarında bu qiymətdən ucuz satılan ət tapmaq, demək olar ki, mümkün deyil. Əgər bayram münasibətilə təşkil olunmuş yarmarkalarda əhaliyə 6-7 manata ətlər təklif olunursa, onda bu ət mal və ya qoyun əti deyil, mənşəyi məlum olmayan hansısa qeyri-adı heyvan əti ola bilər.
Bundan başqa, satılan istənilən ətın haradan əldə edilməsindən asılı olmayaraq, baytarlıq xidmətinin rəyi olması vacibdir. Ətin harada satılmağından asılı olmayaraq, üzərində baytarlıq xidmətinin möhürü olmalıdır. Əgər rəy və möhür yoxdursa, deməli, bu ət, həqiqətən də insanların sağlamlığı üçün müəyyən qədər təhlükə törədə bilər”, - deyə millət vəkili bildirib.
A.M.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər