Azərbaycanda 7 milyon insan risk altında - RƏSMİ AÇIQLAMA
24-04-2017, 16:28
Oxunub: 4 169
Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır
Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitalogiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.
O qeyd edib ki, ölkənin 80% ərazisi malyariyaya görə endemikdir:
"Əsasən Mil-Muğan, Lənkəran, Aran rayonları, Quba-Xaçmaz zonasında xəstəliyi yayan ağcaqanadların artıb çoxalması üçün münbit şərait var. Malyariyanı yayan ağcaqanadlar çirkab, bataqlıq sularda deyil, qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalırlar. Xəstəlik əsasən iyun-oktyabr aylarında qeydə alınır. Digər aylarda xəstəlik baş verərsə, deməli bu ötən ildən qalıb və indi büruzə verir. 1 iyul - 30 oktyabr tarixlərində qeydə alınan xəstəliyin əsas əlamətləri üşütmə, titrətmə, hərarət, tərləmədir".
S.Məmmədov əlavə edib ki, ölkədə yerli malyariya baş verməsə də, başqa ölkələrdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur.
Onun sözlərinə görə, hər il ölkədə 1-3 sayda xarici ölkələrdən gətirilən malyariya xəstəliyi qeydə alınır:
"Keçən il 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 belə hal baş verib. Bu xəstəliyin ildırım sürəti ilə yayıldığını, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olduğunu nəzərə alsaq, ilk dövrdə aşkarlanıb lazımi tədbirlər görülməlidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı belə xəstə liklərin gətirilmə ehtimalı daha çoxdur. Məsələn, ötən illərdə keçirilən Gənclər Forumuna gələn afrikalı əməkdaşda bu xəstəlik aşkarlanıb və vaxtında aşkar edilərək lazımi tədbirlər görülüb. Həmin şəxs sağaldılaraq ölkəsinə göndərilib. May ayında isə Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlara görə ölkəmizə əsasən ərəb ölkələrindən çoxsaylı turistlər, qonaqlar gələcək. İslam ölkələrində də malyariya xəstəliyi qeydə alınır. Buna əsasən bütün qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat dərman preparatları var və mütəxəssislər daima məlumatlandırılıb. Əgər şübhəli şəxs olarsa, ondan qan nümunəsi götürülüb mərkəzin referans laboratoriyasında yoxlanılacaq. Bununla bağlı bütün lazımi tədbirlərə hazırıq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər