Ətin qiyməti niyə bahalaşıb?
10-07-2017, 11:01
Oxunub: 5 050
Ərəb şeyxlərinin öz ölkələrinə qoyun əti ixracı Azərbaycanda ətin qiymətini bahalaşdırıb
Bolgexeber.com xəbər verir ki, təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Mal əti 11 manat 50 qəpik, qoyun əti 12-13 manat, quzu əti 14 manata təklif edilir.
Bəzi məlumatlara görə, Azərbaycanda qoyun ətinin bahalaşmasında ərəblərin xüsusi payı var. İddiaya görə, isti ərəb ölkələrində yetişdirilən qoyun, quzu, mal ətinin tamı Azərbaycanda yetişdirilən mal-qara ətinin tamından çox fərqlidir və Azərbaycanın təklif etdiyi ət daha dadlıdır. Bu da həmin mal-qaranın qəbul etdiyi qida ilə bağlıdır ki, isti ərəb ölkələrində heyvanlar Azərbaycandakı kimi təbii otlaqlarda yetişdirilmir.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Modern.az-a deyib ki, qoyunların və qoyun ətinin ixracı sırf kommersiya məsələsidir:
“Bu, rentabellik baxımından da əlverişlidir. Hazırda qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirib ki, ölkədə alıcılıq qabiliyyəti ərəblərin hesabına artıb. Bu da öz növbəsində ətə tələbatı artırdığından qiymətlər bahalaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər