Nazirlik: Müəllim adı qazanmaq istəyənlərin sayı 50 minə yaxındır
26-07-2017, 13:53
Oxunub: 4 843
"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günüdür. İmtahanda artıq 6 minə yaxın şəxs iştirak edib"
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
O bildirib ki, imtahanlar avqustun 5-dək davam edəcək: "Bu il nazirliyə rekord sayda müraciət daxil olub. Müəllim adını qazanmaq istəyənlərin sayı 50 minə yaxındır. Onlardan 47 mini elektron ərizəsini təsdiq edib və imtahanlara dəvət olunub. İlk günlər ibtidai sinif müəllimliyi üzrə sənəd verənlər imtahanlara dəvət olunur".
E. Bağırov qeyd edib ki, bu il müsabiqəyə minlərlə vakansiya təqdim olunub: "Vakant yerlərin böyük hissəsi ibtidai sinif müəllimliyi üzrədir. Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə isə vakansiyalarda rəqabət daha çox olacaq", - nazirlik rəsmisi vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər