BolgeXeber.Com » Sosial » Psixiatriya Assosasiyasının prezidenti: Cib boşdursa, heç bir gözəllik sevinc gətirmir
Psixiatriya Assosasiyasının prezidenti: Cib boşdursa, heç bir gözəllik sevinc gətirmir
13-09-2017, 18:18
Oxunub: 4 128
Son vaxtlar nədənsə narazı bir topluma çevrilmişik. Hər yaxşı şeydə hansısa məkr, pis niyyət axtarırıq, müsbətləri görməzlikdən gəlib mənfilərə köklənirik
Hər açılan qapının arxasından əli silahlı birinin çıxıb bizə zərər yetirəcəyini düşünürük. Heç kim stəkanın dolu tərəfinə baxmaq istəmir, “niyə qalan hissəsi boşdur” prizmasından çıxış edir. Bütün bunlar isə psixoloji gərginlik, stress, münasibətlərin korlanması, haqlı narazılıqlara gətirib çıxarır.
Bolgexeber.com xəbər verir ki, Psixiatriya Assosasiyasının prezidenti, Tibb Universitetinin professoru, ölkənin sabiq baş psixiatrı Nadir İsmayılov Modern.az-a verdiyi açıqlamada bütün bunların kökündə sosial-iqtisadi amillərin əsas yer tutduğunu deyib:
“Dükana, bazara girmək olmur, qiymətlər od tutub yanır. İnsanlar zəruri tələbat mallarını almaqda çətinlik çəkir. Bahalaşan qiymətlərin müqabilində maaşlar artmır. Banklarda kredit borcları artmaqda davam edir. Bütün bunlar sevinc gətirməyəcək ki, insanlara?”.
N.İsmayılov bildirib ki, cəmiyyət ətraf mühitdə baş verən hadisələrə öz reaksiyasını verir:
“Reaksiya da həmişə adekvat reaksiyadır. Söhbət bir nəfərin hadisələrə baxışından yox, bütöv cəmiyyətdən gedir. Təbii ki, ölkəmizdə müsbət dəyişikliklər də baş verir. Kanadadan dostlarımız gəlib. Mənə deyirlər ki, “Paris Bakının yanında heç nədir”. Həqiqətən də Bakı, rayonlarımız gözəlləşib. Mağazalara gedirsən, boş vitrin yoxdur, amma təəssüf ki, cib də boşdur. Bu cür mənzərə qarşısında isə stressiz, problemsiz, qayğısız insanlarımız azalmaqda davam edir. İnsanlar hər şeyi cibi ilə ölçür. Cib boşdursa, o gözəlliklər, o möhtəşəm binalar adamlara sevinc gətirmir. Adi sosial şəbəkədə bir şey paylaşılan kimi hamı kinini ora “qusur”. Bunların hamısı sosial-iqtisadi məsələlərlə bağlıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər