“Alkoqolizmlə bağlı dağ rayonlarından müraciətlər daha çox olur”
3-10-2017, 13:47
Oxunub: 4 426
“Alkoqolizm xəstəliyi ilə bağlı Respublika Narkoloji Mərkəzinə əsasən dağ rayonlarından müraciətlər daha çox olur”
APA-nın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib.
Şöbə müdirinin sözlərinə görə, digər narkoloji xəstəliklərdən fərqi olaraq alkoqol birbaşa sinir sisteminə məhvedici təsir göstərir, insanda şəxsiyyətin aşınmasına səbəb olur: “Şəxsiyyət aşındıqca isə insanın normal psixi fəaliyyəti və özünə tənqidi zəifləyir. Alkoqolizmin gecikmiş mərhələdə daha çətin müalicə olunur”.
P. Məmmədov qeyd edib ki, alkoqol orqanizmə qəbul olunan andan hüceyrələr səviyyəsində öldürücü təsir etməyə başlayır: “Alkoqolizm bütün narkoloji xəstəliklər kimi sosial, bioloji, hüquqi, psixi pozuntularla müşahidə olunur və bu pozuntular hamısı birlikdə aradan qaldırılmasa, alkoqolizm xəstəliyinin müalicəsi çox çətin olur. Biz xəstələrdə əsasən bioloji və psixi pozuntuları aradan qaldırırıq. Müalicə davamlı şəkildə aparılsa, alkoqolizm xəstəliyi müalicə olunan xəstəlikdir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər